Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Aqil Məmmədov kəlbəcərli gənclərlə görüşüb



Newscenter.az.2.09.2020. Kəlbəcər rayonundan seçilmiş Milli Məclisin deputatı Aqil Məmmədovun və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı Gənclər birliyinin birgə təşəbbüsü ilə rayonun fəal gənclərinin iştirakıyla görüş keçirilib .

Newscenter.az-a deputatın qərargahından bildirilib ki, , “Vətənin müdafiəsi üçün hər birimiz əsgərik” başlığı altında baş tutan görüşdə Bakı, Gəncə, Mingəçevir şəhərlərində və Daşkəsən, Göygöl, Samux, Yevlax, Tərtər, Bərdə, Goranboy rayonlarında müvəqqəti məskunlaşmış kəlbəcərli gənclər videokonfransa qoşulub və mövzu ətrafında öz fikirlərini bildiriblər.

Görüşdə çıxış edən hörmətli millət vəkili Aqil Məmmədov gənclərə səslənərək qeyd edib ki, hər bir vətəndaş peşəsindən, vəzifəsindən, statusundan və tutuduğu mövqedən asılı olmayaraq öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirməlidir.Vətənə əsgər olmaq təkcə səngərdə əldə silahla vətəni müdafiə etməklə deyil eyni zamanda çalışdığı, təhsil aldığı yerdə xalq, dövlətə ləyaqətlə xidmət etməkdir.Gənclərimiz dövlətimizin apardığı uğurlu siyasəti, əldə olunan sabitliyi xalqa çatdırmaq üçün təbliğatçı olmalı, sosial şəbəkələrdə ölkəmizə qarşı, dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu dövlət siyasətinə kölgə salmağa çalışanlara qarşı mübarizə aparmalıdır. Dövlətimizin inkişafı üçün öz töhvələrini verməlidirlər. Millət Vəkili son zamanlarda ölkəmizdə baş verən ictimai-siyasi vəziyyət barədə gənclərə əhatəli məlumat verib. Ölkədə koronavirusla aparılan effektiv mübarizədən söz açan millət vəkili bildirib ki, ölkə başçısı möhtərəm cənab prezident İlham Əliyevin düzgün və vaxtında atdığı ciddi adımlar sayəsində virusun ölkəmizdə geniş yayılmasının qarşısı alınıb , uğurlu nəticələr əldə olunub. Cəbhənin Tovuz istiqamətində düşmən hücumunun qarşısının ləyaqətlə alındığını diqqətə çatdıran Aqil Məmmədov qeyd edib ki, on minlərlə gənc vətənpərvər öz torpaqlarının ərazi bütövlüyü uğrunda səfərbərlik xidmətinə müraciət edərək düşmənə qarşı döyüşmək üçün hazır olduqlarını bildirib.

A.Məmmədov belə tədbirlərin silsilə xarakter daşıyacağını bildirib.
Xəbəri paylaş