Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Şimali Kipr hərbçiləri ilə birgə təlim keçirəcək



Newscenter.az.5.09.2020. Türkiyə Silahlı Qüvvələri Şimal Kipr Türk Respublikası Təhlükəsizlik Qüvvələri Komandanlığı heyəti ilə birlikdə Aralıq dənizində təlim keçirəcək.

“Report” xəbər verir ki, məlumatı “Huriyyet” yayıb.

Bildirilib ki, “Şəhid yüzbaşı Cengiz Topel Akdeniz Fırtınası” adlı hərbi təlim sentyabrın 6-10-da keçiriləcək.

Qeyd edək ki, Cengiz Topel 1934-cü il sentyabrın 3-də anadan olub. Türk pilotu, zabit olub. 1964-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə keçirdiyi xəbərdarlıq uçuşları zamanı təyyarəsi yunanlar tərəfindən raketlə vurulub. O, paraşütlə atlanıb. Yunanlar onu işgəncə ilə qətlə yetirib. Türkiyənin israrlı tələbi nəticəsində Topelin meyitini 1964-cü ilin avqustunda təhvil verilib. O, Türkiyə Hərbi Hava Qüvvələrinin ilk itkin pilotudur.
Xəbəri paylaş