Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda uşaq bağçasından 24 min manatlıq oğurluq edildi



Newscenter.az.11.09.2020. Bakıda uşaq bağçasında oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-dən 9-dək olan müddətdə M.Naxçıvani küçəsindəki uşaq bağçalarının birindən 24 420 manat dəyərində məişət əşyaları, pianino, kompyüter, çılçıraq, 13 ədəd istilik radiatoru, 6 ədəd şəkil, 2 ədəd kondisioner və 5 ədəd müşahidə kamerası oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Hüseynzadə saxlanılıb.
Xəbəri paylaş