Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada koronavirus pandemiyası təhlükəsi artır



Newscenter.az.20.09.2020. Dünyada koronavirusa yoluxma hallarının sayı 31 milyonu ötüb.

Bu barədə Newscenter.az ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir.

Məlumata görə, hazırda dünyada COVID-19-a yoluxma hallarının sayı 31 002 707-ə çatıb. Eyni zamanda koronavirusdan ölənlərin sayı artıb. Belə ki, COVID-19-un qeydə alındığı ölkələrdə təhlükəli virusdan ölənlərin sayı artıq 961 612 nəfəri ötüb.

Virusun qeydə alındığı ölkələrin statistikasına əsasən ümumilikdə COVID-19-a yoluxmuş 22 610 909 pasiyent sağalıb. Bununla yanaşı, hazırda dünyada 7 430 186 koronavirus pasiyentinin müalicəsi davam edir.

Qeyd edilir ki, virusa ən çox yoluxma ABŞ-da aşkarlanıb. Bu ölkədə COVID-19-a 6 967 420 yoluxma qeydə alınıb. ABŞ virusdan ölüm hallarının sayına görə də dünyada birinci yerdədir.

Bununla yanaşı, Hindistanda (5 400 619), Braziliyada (4 528 347), Rusiyada (1 103 399), Peruda (768 865), Kolumbiyada (758 398), Meksikada (694 121), İspaniyada (659 334), Argentinada (622 934), Çilidə (444 674) yüz minlərlə insanda COVID-19 aşkarlanıb.

Anar TAĞIYEV
Xəbəri paylaş