Qaxda 2 ton narkotik vasitə məhv edilib
Tarix: 21-09-2020, 12:30
Newscenter.az.21.09.2020. Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Fıstıqlı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, ümumi çəkisi 2 ton olan 9 090 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.