Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda geyim mağazasında yanğın olub



Newscenter.az.22.09.2020. Bakıda mağazada yanğın olub.

Bu barədə Newscenter.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə paytaxtın Nizami küçəsi, 91 ünvanında qeydə alınıb.

Belə ki, həmin ünvanda yerləşən geyim mağazasında yanğın başlayıb.

Əraziyə FHN-in əməkdaşları cəlb edilib. Yanğın məhdudlaşdırılıb və söndürülüb.
Xəbəri paylaş