Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha 7 şagirddə koronavirus aşkarlanıb



Newscenter.az.30.09.2020. Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən bildirilib ki, 11 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 7 şagird və 1 işçidə koronavirus aşkarlanıb.

İndiyə qədər ölkə üzrə bir məktəb, 19 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.
Xəbəri paylaş