Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha 8 metropolitençi övladı mükafatlandırıldı



Newscenter.az.1.10.2020. Artıq 5-ci ildir ki, Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) ən yüksək balla (600 və daha çox) ali təhsil müəssisələrinə qəbul olunmuş metropolitençi ailələrin övladları ilə görüş keçirir. Newscenter.az-a Səhmdar Cəmiyyətdən bildirilib ki, bu il 8 belə gənc ölkənin müxtəlif ali təhsil məktəblərinin tələbəsi adını qazanıb.

MİHİ-də karantin rejiminin tələblərinə riayət olunmaqla, tələbə adını qazananlar və onların valideynləri ilə görüş keçirilib. Həmkarlar İttifaqının sədri Arif Mərdanov ali məktəb auditoriyalarına ilk dəfə qədəm qoyan gəncləri və onların valideynlərini “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və bütün metropolitençilər adından təbrik edib.

Görüşdə çıxış edən tələbələr, həmçinin onların valideynləri diqqətə və qayğıya görə “Bakı Metropoliteni” QSC- nin və Metropoliten İşçilər Həmkarlar İttifaqının rəhbərliyinə təşəkkürlərini bildirdilər.

MİHİ sədri tələbə adını qazanmış gənclərə təşkilatın mükafatlarını təqdim edib və gəncləri təbrik edərək, onlara ali amallara yetişmək, şəxsi həyatlarında və təhsildə uğurlar arzulayıb.

Anar
Xəbəri paylaş