Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada koronavirusa rekord yoluxma qeydə alınıb



Newscenter.az.23.10.2020. Dünyada koronavirusa yoluxanların sayı 41,57 milyonu ötüb, virusdan 1,135 milyondan çox yaxın insan ölüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada 41 570 883 insan koronavirusa yoluxub, 1 134 940 pasiyent ölüb.

Son sutka ərzində dünyada koronavirusa rekord sayda – 445 419 yoluxma halı aşkarlanıb, 6 512 nəfər ölüb.

Ən çox yoluxma ABŞ (8 248 149 nəfər), Hindistan (7 761 312 nəfər), Braziliya (5 298 772 nəfər) və Rusiyada (1 480 646 nəfər) qeydə alınıb.
Xəbəri paylaş