Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Donald Trampın seçki kampaniyasında Gəncə terroruna etiraz edilib



Newscenter.az.27.10.2020. ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki kampaniyası çərçivəsində Pensilvaniya ştatının Allentoun şəhərində seçicilərlə görüşü zamanı bu ölkədə yaşayan bir qrup soydaşımız diqqəti işağlçı Ermənistan ordusunun Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində törətdiyi terror aktlarına yönəldiblər.

Newscenter.az-a daxil olan məlumata görə, Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Elcan Yerdələnlinin təşəbbüsü ilə buraya toplaşan azərbaycanlılar Ermənistanın işğalçı siyasətinə etiraz edib, diqqəti Azərbaycanın mülki əhalisinin atəşə tutulmasına, günahsız körpələrin öldürülməsinə yönəltmək məqsədilə haqq səslərini ucaldıblar. Soydaşlarımız meydana plakatlar gətirib və Azərbaycanın üçrəngli bayrağını dalğalandırıblar.

Mehman
Xəbəri paylaş