Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

135 erməni əsgər və zabiti yoxa çıxıb



Newscenter.az. 31.10.2020. Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində yerləşdirilmiş 49971 saylı hərbi hissənin 135 nəfər əsgər və zabiti yoxa çıxıb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı erməni mətbuatı yazıb.

Məlumata görə, hadisə Ağdərə istiqamətində gedən döyüşlərdə baş verib. Belə ki, ciddi itki verib geri çəkilən hərbi hissənin 135 əsgər və zabiti sağ qalsa da, lakin sonradan onları tapmaq mümkün olmayıb. Əsgər və zabitlərin axtarışı davam edir.
Xəbəri paylaş