Koronavirusla mübarizə aparan tibb işçilərinə müddətli əlavənin verilməsi müddəti uzadıldı
Tarix: 5-11-2020, 20:43
Newscenter.az.5.11.2020. Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarına dəyişiklik edib.
Dəyişikliyə əsasən, koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılıb.