Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BAK-ın 5-ci qurultayı keçirilib



Newscenter.az.23.11.2020. Hollandiyanın Rotterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresinin növbəti qurultayı keçirilib.

Bu barədə Newscenter.az-a məlumat BAK-dan daxil olub. Bildirilib ki, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası, “Odlar Yurdu” Cəmiyyəti və BAK üzvlərinin iştirak etdiyi qurultayda ötən müddət ərzində BAK-ın gördüyü işlər, həyata keçirdiyi layihə və tədbirlər müzakirə edilib, bir sıra təşkilati məsələlərə baxılıb. Qurultayda BAK sədri Elsəvər Məmmədov hesabat məruzə ilə çıxış edib, həmçinin qurumun fəaliyyətini əks etdirən 12 dəqiqəlik film nümayiş olunub.

Sonda BAK-ın 5-ci qurultayının iştirakçıları konqresə sədr seçiblər. Səsçoxluğu ilə Elsəvər Məmmədov yenidən BAK-ın sədri seçilib.

Mehman
Xəbəri paylaş