Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elşad Hacıyev DİN-də yüksək vəzifəyə təyin edildi



Newscenter.az.26.11.2020. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni təyinat olub.

"Report"un xəbərinə görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə polis mayoru Elşad Hacıyev DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

DİN-in Mətbuat Xidməti "Report"a məlumatı təsdiqləyib.

E.Hacıyev bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışırdı.
Xəbəri paylaş