Biləsuvarda avtomobil su kanalına düşüb, ölən və yaralananlar var
Tarix: 28-11-2020, 19:06
Newscenter.az.28.11.2020. Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar- Bəhrəmtəpə avtomobil yolunun Biləsuvarın Çaylı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik avtomobili aşaraq su kanalına düşüb. Qəza nəticəsində ilkin məlumata görə, 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.