Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İMZA-Sosial İnkişafa Dəstək İctimai Birliyi Qələbə münasibətilə Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib



Newscenter.az.28.11.2020. İMZA-Sosial İnkişafa Dəstək İctimai Birliyinin rəhbərliyi və üzvləri Qələbə münasibətlə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramlara yad ediblər.

Newscenter.az-a İctimai Birlikdən verilən xəbərə görə, daha sonra isə Şəhidlər Xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad olunub.

Təşkilatın yaydığı məlumatda daha sonra qeyd edilir:

"İMZA - Sosial İnkişafa Dəstək İctimai Birliyi adından işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda aparılan uğurlu hərbi əməliyyatlara qətiyyətlə rəhbərlik etdiyinizə və sonda bizə böyük Qələbə sevincini yaşatdığınıza görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk!".

Anar
Xəbəri paylaş