Kafe sahibi və müştəriləri cərimələndi
Tarix: 2-01-2021, 20:14
Newscenter.az.2.01.2021. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yanvarın 1-də Xırdalan şəhəri ərazisində karantin qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, kafeni işlədən A.Salahovun və orada olan 6 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.