Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beyləqanda mikroavtobus dərəyə aşıb, ölən və xəsarət alanlar var



Newscenter.az.3.01.2021. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Beyləqan rayonunun İkinci Aşıqlı kəndində “Mercedes” markalı mikroavtobusun dərəyə aşması barədə məlumat daxil olub.

Newscenter.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) və müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 4 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Xəbəri paylaş