Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə çay evinin icarədarı və müştəriləri cərimələndi



Newscenter.az.4.01.2021. Gəncədə karantin rejimini pozan çay evi aşkarlanıb

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (BPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdəkləri tədbirlər nəticəsində şəhərin Nizami rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən çay evi aşkarlayıb. Obyektin icarədarı Xəyal Yəhyayev və müştərilər saxlanılaraq Nizami Rayon Polis İdarəsinə gətirilib. Polis İdarəsində həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaq koronavirus infeksiyası və xüsusi karantin rejiminin tələbləri barədə məlumat verilib.

X.Yəhyayev hüquqi şəxs qismində müştərilər isə fiziki şəxs qismində barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək cərimə edilib.
Xəbəri paylaş