Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

SABAH qruplarında müəllim işləmək istəyənlər üçün şans



Newscenter.az.4.01.2021. Təhsil Nazirliyinin SABAH qruplarında 2020-2021-ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar elan edilmiş müsabiqə davam edir.

Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən namizədlər 6 yanvar saat 00:00-dək müraciət formasını doldurmalıdırlar. Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasında qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çox iki fənn üçün müraciət edə bilər.

Müsabiqə barədə ətraflı məlumatı bu linkə http://sabah.edu.az/az/-1-18 daxil olaraq əldə edə bilərsiniz.

R.Mehdiyeva
Xəbəri paylaş