Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən ilin son ayında 1 152 müraciət daxil olub



Newscenter.az.6.01.2021. 2020-ci ilin dekabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 1 152 müraciət daxil olub. Newscenter.az-a İdarədən daxil olan xəbərə görə, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində (telefon: (+99412) 599-12-22) 251 zəng qəbul edilib.

Ötən ay BŞTİ-yə 749 sənəd (vətəndaşlar tərəfindən 151 ərizə, Təhsil Nazirliyindən 111, digər qurumlardan 150, məktəblərdən 229 məktub, 25 strukturdaxili yazışma və 83 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 152 elektron müraciətə baxılıb. Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, işə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.

R.Mehdiyeva
Xəbəri paylaş