Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Udinlər növbəti dəfə Kəlbəcərdəki Xudavəng monastırında olublar



Newscenter.az.8.01.2021. Qafqazdakı Alban Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-Udin dini icmasının üzvləri bu gün Kəlbəcər rayonunda olub, orada Xudavəng monastır kompleksini ziyarət ediblər.

"Report"un Qərb mərkəzinin məlumatına görə, onlar Milad bayramı ilə əlaqədar Xudavəng monastırında ibadət edib, dualar oxuyublar.

Qeyd edək ki, Alban-Udin icmasının üzvləri daha öncə də Xudavəng monastırını ziyarət ediblər. Onlar yenə də bura gələcəklərini və daimi müqəddəs məkanlarından biri olan Xudavəng monastırını ziyarət edəcəklərini bildiriblər.
Xəbəri paylaş