Karantin qaydalarını pozduğuna görə neçə nəfər cərimə edilib?
Tarix: 11-01-2021, 12:47
Newscenter.az.11.01.2021. Şənbə-bazar günlərində ölkə üzrə karantin rejimi qaydalarını pozan şəxslərin sayı açıqlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 9-10-da ölkə üzrə karantin rejimi qaydalarını pozan 5 083 nəfər barəsində inzibati tənbeh, 4 nəfər barəsində isə inzibati həbs tədbiri tətbiq olunub.