Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MN: Vətən müharibəsində 2 841 nəfər şəhid olub-SİYAHI



Newscenter.az.11.01.2021. Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 11-dək dəfn edilən 2 841 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş siyahı yayıb.

Bu barədə Newscenter.az-a Nazirlikdən məlumat verilib.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
https://mod.gov.az//images/pdf/95daf2c22fec8c1a3efe0e04b75e1d9c.pdf
Xəbəri paylaş