Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağcabədidə qanunsuz işləyən süd qəbulu məntəqəsi bağlanıb



Newscenter.az.18.01.2021. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri nəzarət tədbirləri çərçivəsində Ağcabədi rayonu, 4 yol ərazisində fəaliyyət göstərən, fiziki şəxs Nəcəfov Təşkilat Qüdrət oğluna məxsus süd qəbulu məntəqəsinə baxış keçirib.

AQTA-dan Newscenter.az-a verilən məlumata görə, baxış zamanı süd qəbulu müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, baytarlıq-sanitariya və sanitar-gigiyena qaydalarına əməl etmədən və heç bir texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi aşkar olunub.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Orxan
Xəbəri paylaş