Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabiq prezident vəfat edib



Newscenter.az.14.02.2021. Argentinanın eks-prezidenti Karlos Menem dünyasını dəyişib.

Bu barədə TN telekanalı bildirib.

Məlumata görə, o, 90 yaşında vəfat edib. Menem ötən ilin dekabrında xəstəxanaya yerləşdirilmişdi. Sabiq dövlət başçısı sidik sistemi infeksiyasından əziyyət çəkirdi.

Argentinada Menemi "böyük transformasiyanın atası" adlandırırdılar. O, 1989-cu ildən 1999-cu ilə qədər Argentina prezidenti vəzifəsini icra edib. Eyni zamanda 2005-ci ildə Argentina parlamentinin Senatında təmsil olunub.

O, prezident postunda özəlləşdirmə və maliyyə sabitləşməsi kimi bazar islahatlarını keçirib, inflyasiyanın azalmasına nail olub.

Bununla belə, Menem bir neçə dəfə məhkəmə qarşısına çıxarılıb. Ona qarşı hətta qanunsuz silah ötürülməsi ittihamı da irəli sürülüb.
Xəbəri paylaş