Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir ərzaq məhsulları anbarında nöqsanlar aşkarlanıb



Newscenter.az.23.02.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan Newscenter.az-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Binəqədi rayonu, Haci-Həsən ştq, Xocahəsən qəsəbəsi, Xocahəsən-Lökbatan yolunun 4-cü kilometrliyində yerləşən, "Fenix Trade" MMC-yə məxsus anbarda yoxlama keçirilib. Yoxlama zamanı malların etiketlənməsi, saxlanılması və satışı qaydalarının kobud şəkildə pozulduğu aşkar olunub. Agentlik tərəfindən etiket məlumatları dəyişdirilmiş məhsulların satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcək.

Orxan
Xəbəri paylaş