Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran hər il terrorçuluğun dəstəklənməsi məqsədiylə, Yaxın Şərqdə 7 milyard dollar xərcləyir

İran hər il terrorçuluğun dəstəklənməsi məqsədiylə, Yaxın Şərqdə 7 milyard dollar xərcləyir


Newscenter.az.27.02.2021. Böyük mətbuat konfransında bütün jurnalistlər və hətta, Rusiya media təmsilçiləri sağlam fikir və niyyətlə Qarabağ münaqişəsi ətrafında sual verdilər. Bir çoxları isə, ermənilərin Qarabağda törətdiyi dağıntı, talan və vəhşiliklər haqda sual verdilər Prezidentə. İran isə, cəmisi bir jurnalist göndərib, o da ki Azərbaycanı ittihama yönələn erməni mövqeli, təxribat xarakterli sual verdi ki, deyirlər ki Qarabağ savaşında terrorçular iştirak edib, bəs, Azərbaycan bu məsələyə necə baxır?

Özünü qatı müsəlman şəriət dövləti adlandıran İranın inanclı media nümayəndəsi, ilk növbədə, ermənilərin Qarabağda məscidlərdə donuz inək saxlaması barədə sual verərdi, yəqin ki. İkincisi də İran terrorçu dərdi çəkirsə, öz Qüds, Hizbulla kimi, dünya terror təşkilatları barədə düşünsün.

Məcbur oluruq bu faktları sadalayaq. İran hər il terrorçuluğun dəstəklənməsi məqsədiylə, Yaxın Şərqdə ən azı 7 milyard dollar xərcləyir (2019):
1. Bəşər Əsəd rejiminə dəstək — $4 milyard
2. Livan (Hizbullah) — $1 milyard
3. İraq (Şiə militanlar) — $100 milyon
3. Fələstin (Həmas) — $50 milyon
4. Fələstin (Cihadçılar) — 100 milyonlarla dollar
6. Yəmən (Hutilər) — 10 milyonlarla dollar
7. Terrorçu kürd dəstələrinə yardımı tam başqa.

İranın bu cür, ermənipərəst təxribatçı mövqeləri, Azərbaycanı qərəzli ittihamları təbii ki, bizim də cəmiyyətdə haqlı etiraz, qəzəb yaradır. Bu qədər düşmənçilik olarmı hər fürsətdə qonşuya qarşı?

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş