ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

İsveç azərbaycanlıları Xocalı qurbanlarını yad edib-FOTOLAR

27-02-2021, 18:39



Newscenter.az.27.02.2021. İsveçdəki Azərbaycan diasporu Xocalı qurbanlarının xatirəsini anıb.

Newscenter.az xəbər verir ki, tədbir Stokholmda İsveç-Azərbaycan Mədəniyyət Dərnəyi “SAF” tərəfindən keçirilib.

Vətən müharibəsi və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayan tədbirdə Xocalı qətliamından danışılıb.

İyirmi doqquz il əvvəl Xocalı şəhərində etnik azərbaycanlılara qarşı törədilən qəddarlıqlar haqqında söz açan "SAF" dərnəyinin rəhbəri Sevda Dadaşova, baş verən dəhşətli hadisələrdən bəhs edərək, bu soyqırımının erməni millətçi-şovinistlərin azərbaycanlılara qarşı yönəlmiş etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Xocalıda 600-dən çox insanın amansızlıqla qətlə yetirilməsini insanlığa qarşı cinayət kimi qiymətləndirən diaspor fəalı, baş verən dəhşətli hadisələrə dünya ictimaiyyəti tərəfindən daha aydın və birmənalı qiymət verilməsinə ehtiyac olduğunu, bu kimi cinayətlərin təkrarlanmaması üçün birgə iş aparmalı olduğunu vurğulayıb.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış "Sonsuz dəhliz" sənədli filmi nümayiş olunub.

Qeyd edək ki, Xocalı soyqırımının 29-cu ildönümündə İsveç-Azərbaycan Mədəniyyət Dərnəyi "SAF" İsveçin ictimai təşkilatları, hökumət və parlamentinə baş verən hadisələrə siyasi qiymət verilməsi tələbi ilə müraciət ünvanlayıb.

Mehman

Oxşar xəbərlər
SON XƏBƏRLƏR