Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat seçicilərinin 30 illik problemini həll etdi



Newscenter.az.3.03.2021. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva 30 il idi ki, qaz təsərrüfatı olmayan Naçıvanski 86 ünvanında yerləşən binaya qazın verilməsi münasibətilə sakinlərlə görüşüb.

Newscenter.az xəbər verir ki, sakinlər bir müddət öncə məsələ ilə bağlı deputat Sədaqət Vəliyevaya müraciət ediblər. Deputatın aidiyyatı qurumlara müraciətlərindən sonra binada qazlaşma aparılıb, yeni qaz xətləri çəkilib, müvafiq yoxlamalardan sonra Novruz bayramı ərəfəsində binaya qaz verilib.

Sakinlər deputatla görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Ruhiyyə

Xəbəri paylaş