Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Olimpiya Gündəliyi 2020" Komissiyasının növbəti iclası keçirilib



Newscenter.az.4.03.2021. Milli Olimpiya Komitəsində (MOK) "Olimpiya Gündəliyi 2020" Komissiyasının növbəti iclası keçirilib.

MOK-un mətbuat katibi Günay Malikqızının verdiyi məlumata görə, qurumunun baş katibinin müavini Azər Əliyevin sədrliyi ilə keçirilən iclasda komissiyanın 2020-ci il ərzində gördüyü işlər, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) 2020 - 2025-ci illər üçün hazırladığı yeni strateji yol xəritəsi, Tokio-2020 Yay Olimpiya Oyunlarına dair təhlükəsizlik qaydaları, həmçinin Komissiyanın 2021-ci il üzrə fəaliyyət planı müzakirə olunub.

IOC-nin yeni - "Olimpiya gündəliyi 2020+5" strateji sənədi haqqında komissiya üzvlərinə məlumat verən MOK-un marketinq idarəsinin müdiri Mehman Kərimov qarşıdakı 5 il ərzində Olimpiya hərəkatının beynəlxalq səviyyədə yol xəritəsi hesab olunan sənədin vacib məqamlarından danışıb. O bildirib ki, 15 tövsiyədən ibarət sənəd əsasən 5 istiqamət üzrə qruplaşdırılıb. Kərimovun sözlərinə görə, sənəddə xüsusi olaraq, ölkələr və cəmiyyətlər arasında həmrəyliyin artmasına diqqət çəkilib.

Bundan başqa, pandemiya şəraitində sürətləndirilən rəqəmsallaşma prosesindən kənarda qalmamaq tövsiyyə olunub. Olimpiya dəyərlərini təbliğ etmək üçün rəqəmsal texnologiyalardan güclü bir vasitə kimi istifadə olunması vurğulanıb. Həmçinin strateji sənəddə BMT-nin davamlı inkişaf məqsədlərinə töhfə verilməsinin vacibliyi qeyd olunub.

Daha bir istiqamət isə Olimpiya idman qurumlarına etibarlılığın artırılmasıdır. IOC pandemiyanin yaratdığı böhranın aradan qaldırırlması ilə bağlı idman hətəkatının daha aktiv iştirakını vurğulayıb.

MOK-un beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov Tokio olimpiadasının daha təhlükəsiz və uğurla həyata keçirilməsi üçün nəşr edilmiş "Playbook" haqqında komissiya üzvlərinə məlumat verib.

Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Fərid Mansurov 5 mart “Bədən tərbiyyəsi və İdman günü” ilə əlaqədar olaraq, bu il idman ictimayyətinin qatılacağı onlayn formatda konfrans planlaşdırıldığını bildirib. Mansurov qadın idmançıalrın sayınına artırılması ilə bağlı daha genişmiqyaslı təbliğat işlərinin aparılması haqqında da tövsiyyələr verib.

Komissiya üzvləri o cümlədən, "İdman Hamı üçün" televiziya proqramının 2021-ci ildəki fəaliyyətini müzakirə ediblər.
Xəbəri paylaş