ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevirdə məsuliyyətli atalıq mövzusunda seminarlar keçirilib

5-03-2021, 17:00

Mingəçevirdə məsuliyyətli atalıq mövzusunda seminarlar keçirilib


Newscenter.az.5.03.2021. “ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması” layihəsi çərçivəsində 1-2 mart tarixlərində Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində gənc atalar üçün seminarlar keçirilib.

Newscenter.az xəbər ki, seminarlarda gənc atalar gender stereotipləri və sosial normalar, qız və oğlan uşaqlarının fiziki və psixoloji inkişafı, patriarxal norma və inanclar çərçivəsində məsuliyyətli atalıq, ailədəki ata və ananın davranışları və onların uşaqlara təsiri və ailədəki münasibətlərdə cinsi ayrı-seçkiliyin mənfi rolu kimi mövzularda məlumatlandırılaraq müzakirələrdə iştirak ediblər.

Layihə çərçivəsində Mingəçevir şəhəri ilə yanaşı Lənkəran və Sumqayıt şəhərlərində də gənc atalar üçün aşağıda qeyd olunan tarixlərdə oflayn seminarlar keçiriləcəkdir.
Sumqayıt - 10-11 Mart 2021
Lənkəran - 13-14 Mart 202
Bakı – 16-17 Mart 2021
Qeydiyyat üçün: https://cutt.ly/qkZzeQDerir ki, s

Qeyd edək ki, "ATAM MƏNİ SEVİR – Məsuliyyətli Atalığın Əhəmiyyətinin Aşılanması" layihəsi Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “EU4GenderEquality: Birlikdə gender stereotiplərinə və gender-əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində NAYORA tərəfindən təşkil edilməkdədir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR