Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Post-pandemiya dövründə Azərbaycan diasporunun prioritetləri” müzakirə edilib



Newscenter.az.7.03.2021. “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı və Şərqi Avropa ölkələrindən olan Azərbaycan diaspor nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilib.

Newscenter.az xəbər verir ki, “Post-pandemiya dövründə Azərbaycan diasporunun prioritetləri” mövzusu ətrafında gedən müzakirədə "QALA" Cəmiyyətinin sədri Rəşid Məmmədov, Diasporla İş Üzrə Dövlət Komitəsinin əməkdaşı Əbülfəz Şeydabekov, "Qardaslig'" Macar- Azəri Birgə Cəmyyətinin sədri Ramiz Əmirli, Azərbaycan - Monteneqro iqtisadi və mədəni əlaqələr mərkəzinin direktoru Seyran Mirzəzadə, Slovakiya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Rüstəm Rüstəmov, Polşa Azərbaycan Evinin rəhbəri Lalə Zeynalova, Rumıniya Azərbaycanlıları Birliyinin sədri Vaqif Həsənov, Çexiyadan Natavan Cəmiyyətinin sədri Leyla Cəfərova, Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli, "QALA" Cəmiyyətinin Gənclər təşkilatının sədri Günel Nəsirova və "QALA" Cəmiyyətinin Baş katibi Məmmədli Salatın iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov iştirakçıları salamlayaraq pandemiya dövründə Yunanıstanda Cəmiyyətin fəaliyyəti barədə qısa məlumat verərək diaspor təşkilatlarının işi ilə bağlı müzakirənin keçirilməsinin, ötən müddət ərzində görülən işlərin, əldə olunan nəticələrin təhlilinin aparılmasının vacibliyini və belə görüşlərin əhəmiyyətini vurğulayıb. Görüşə həmçinin Böyük Britaniya, İsveç, Hollandiya, Belçika, Pakistan və digər ölkələrdən də diaspor fəalları qatılıblar.

Görüş zamanı pandemiya dövründə diaspor təşkilatlarının fəaliyyəti, həyata keçirilən tədbirlər, qarşıya qoyulan məqsəd və vəzifələr müzakirə edilib. Diasporla İş Üzrə Dövlət Komitəsinin nümayəndəsi Əbülfəz Şeydabekov diaspor təşkilatlarını narahat edən suallara cavab verdi və bir sıra məsələlərə aydınlıq gətirib.

NEWSCENTER.AZ

Xəbəri paylaş