Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-da Novruz bayramı münasibətilə Azərbaycan rəqsləri nümayiş etdirilib



Newscenter.az.21.03.2021 ABŞ-ın Nyu-York şəhərinin “Times” meydanında Azərbaycanın milli rəqsləri nümayiş etdirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Novruz bayramı ərəfəsində Azərbaycanın adət-ənənələrini və milli rəqslərini ABŞ ictimayyətinə, turistərə tanıtmaq məqsədi ilə reallaşan layihə Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdərəlinin təşəbbüsü, Bruklin rayonunda fəaliyyət göstərən “Mənim yolum” ("My way") - Uşaq İnkişaf Mərkəzinin direktoru Alyona Bədəlovanın dəstəyi ilə baş tutub.

Nyu-York-da Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini, milli musiqisini və rəqslərini qoruyub saxlayan, təbliğ edən “Mənim yolum” Uşaq İnkişaf Mərkəzinin şagirdləri hər gün minlərlə turistin ziyarət etdiyi “Times” Meydanında rəqs ediblər.

Onlar milli geyimləri və göz oxşayan rəqsləri ilə iki saat ərzində bir neçə müxtəlif rəqs kompozisiyaları nümayiş etdiriblər. Məktəbli rəqqasların uğurlu performansları meydanı ziyarət edən insanların diqqətini çəkib. Rəqqasları maraqla izləyən ziyarətçilər onları alqışlayıb, foto və videolarını çəkiblər.

Azərbaycan-Nyu-York Assosiasiyasının aktiv üzvləri izləyicilərə Novruz bayramı haqqında məlumatların yer aldığı broşurlər paylayıblar. Həmvətənlərimiz boyanmış yumurtalar döyüşdürüb, meydana toplaşan əcnəbilərə milli-adət ənənələrimiz haqqında məlumatlar veriblər.
Xəbəri paylaş