Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Şahin Seyidzadə 18 yaşlı şəhid Səbuhi Məcidovun ailəsini ziyarət edib-FOTOLAR



Newscenter.az.6.04.2021. Milli Məclisin deputatı Şahin Seyidzadə 18 yaşlı şəhid Səbuhi Məcidovun ailəsi ilə görüşüb.

Newscenter.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkə hesabında məlumat verən millət vəkili qeyd edib ki, şəhidimizin ailə üzvləri ilə görüşən zaman onun haqqında danışılan xatirələr, sözlər onun bütün müsbət xüsusiyyətlərini bizə göstərdi:

"Ata Ağalətif bəyin mətinliyi və qürurunu heç bir sözlə ifadə etmək mümkün deyil. "Vətən uğrunda" medalı ilə təltif edilmiş şəhid Səbuhi daima öz doğmaları, dostları və döyüş yoldaşlarının yaddaşında öz vətənpərvərliyi və xoş xatirələri ilə yadda qalacaq".

Deputat diqqətə çatdırıb ki, Abşeron rayon Aşağı Güzdək qəsəbəsində yaşamış şəhid əsgər Səbuhi Məcidov 28 aprel 2002-ci ildə dünyaya gəlib. Səmidxan Əzizov adına Aşağı Güzdək qəsəbə məktəbini bitirən Səbuhi həqiqi hərbi xidmətdə olan zaman Qarabağın azad olunması uğrunda gedən Suqovuşan və Talış kəndləri istiqamətində döyüşlərdə iştirak edərək, qəhrəmancasına şəhid olub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

NEWSCENTER.AZ
Xəbəri paylaş