Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil karyeranın ən böyük sütunudur



Newscenter.az.19.04.2021. Təhsil karyeranın ən böyük sütunudur. Təhsil sadəcə, sənin bazandır. Ondan gələcəkdə düzgün istifadə etmək insanın öz bacarığından asılıdır.Əgər o sağlam olmasa, sonrakı dövrdə insan nə qədər uğur qazansa da, bir gün mütləq axsayacaq.Fərqli universitet təhsil sistemindən yararlanmağın müsbət tərəfləri çoxdur. Uşaq yaşlarımdan öz ayaqlarımın üstündə duraraq, çətinliklərlə mübarizə aparıb müstəqil qərar vermişəm.

Fərqli universitetlərdə təhsil almaq mənə fərqli dünyagörüş, dünyaya fərqli baxış bucağı verdi. Hər zaman fərqli, düşüncəli insanların cəmləşdiyi yerdə ədalətli idarəçi varsa, işinin öhdəsindən gələ bilir.Uğurun ilk qanunu çox çalışmaqdır.

Əzm, çalışmaq və inanmaq.

İnsan qarşısına məqsəd qoyub ona doğru getməyə çalışırsa, mütləq o məqsədə nail olur.Mən məqsədi kəsin şəkildə bəlli olan birisiyəm. Məsləhətə ehtiyacı olanlara bu dünyada nə üçün yaşadığını, hansı məqsədə can atdığını müəyyən etməyi məsləhət görərdim. Məqsədsiz yaşamayın....
Gənclərin bəziləri düşünür ki, pulun yoxdursa, uğur qazana bilməzsən. Bu, çox səhv fikirdir.Bütün uğur hekayələrinə baxsanız, arxasında illərlə yığılan əziyyət, zəhmətin olduğunu görərsiniz. Aldığımız təhsil, diş-dırnağımızla çalışmalarımızın nəticəsində karyerada müəyyən pillələri adlayırıq.İnsan nə qədər peşəkar olsa da, şəxsi keyfiyyətləri, vicdanı yüksək səviyyədə deyilsə, uğur qazana bilməz.Sabahını düşünərək qarşıya qoyduğu hədəflərə doğru irəliləyən insan nə qədər əzmkar və nikbin təsir bağışlayırsa, gələcəyi üçün bu gündən daha etibarlı, möhkəm təməl formalaşdıran, vətəndaşları üçün layiqli həyat tərzi qurmağa çalışan dövlət də bir o qədər qüdrətli görünür. "Elm və təhsildən bəhrələnməyi bacaran cəmiyyət həmişə firavan yaşayır”.

Aygül Bağırova-Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Xəbəri paylaş