Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biləsuvarda yas mərasimi təşkil edən şəxs cərimələnib



Newscenter.az.23.04.2021. Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tələblərinin təmin edilməsi, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət–profilaktik tədbirlər davam etdirilir.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən müvafiq tədbirlər zamanı Biləsuvar şəhəri ərazisində yas mərasiminin təşkil edilməsi müəyyən edilib. RPŞ əməkdaşları dərhal həmin ünvana gəlib, karantin rejiminin qaydaları və tələbləri bir daha orada olan şəxslərin diqqətinə çatdırılıb.

Yas mərasimini təşkil edən rayon sakini Ş.Abbaszadə barəsində karantin rejiminin tələblərini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Xəbəri paylaş