Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda daha 1 058 nəfər COVID-19-a yoluxub



Newscenter.az.2.05.2021. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 058 yeni yoluxma faktı qeydə alınıb, 2 125 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 321 380 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 293 689 nəfər müalicə olunaraq sağalıb, 4 561 nəfər vəfat edib, 23 130 aktiv xəstə sayı nəfərdir.

Ölkədə son sutka ərzində 8 777, hazırkı dövrədək isə 3 262 655 test aparılıb.
Xəbəri paylaş