Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan xarici sərmayələr üçün əlverişli ölkə rolunu oynayır

Azərbaycan xarici sərmayələr üçün əlverişli ölkə rolunu oynayır


"Azərbaycanda uzun illərdir ki, uğurla həyata keçirilən iqtisadi siyasət təkcə bu sahədə inkişafı şərtləndirən amil olmayıb, eyni zamanda Bakının dünyanın iqtisadi baxımdan inkişaf etmiş ölkələri ilə rəqabət qabiliyyətini artırıb, onu aparıcı ölkələr sırasında qərarlaşdırıb. 2024-cü ilin ən sürətli böyüyən 100 birbaşa xarici investisiya istiqamətləri sırasında Azərbaycanın paytaxtı Bakı şəhərinin də ön sıralarda yer alması məhz bunun göstəricisidir".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Arzuman Muradlı səsləndirib. O bildirib ki, sözügedən sıralamada Azərbaycanın paytaxtının üçüncü yerdə qərarlaşması ölkə iqtisadiyyatının nə dərəcədə uğurla inkişaf etdiyini ortaya qoyur:

"Bu həm də Azərbaycanda xarici sərmayələrin münbit fəaliyyəti üçün gözəl imkanlar yaradıldığının təsdiqidir. Ölkə paytaxtımız Bakı şəhəri 2017-ci ildən bəri ən yüksək birbaşa xarici investisiya layihəsini qeydə alan şəhər kimi xarakterizə edilir. Bu öz-özlüyündə çox yüksək göstəricidir. Buradan aydın görünür ki, hətta qlobal miqyaslı pandemiya dövründə də Azərbaycan iqtisadiyyatı inkişafdan geri qalmayıb, eyni zamanda xarici sərmayədarları onlar üçün yaratmış münbit, əlverişli şəraitlə özünə cəlb etməyi bacarıb".

Arzuman Muradlı deyib ki, sözügedən sənəddə Ələt Azad İqtisadi Zonasından da bəhs edilməsi bu layihınin təkcə regional deyil, eyni zamanda qlobal xarakter daşıdığını, ona beynəlxalq marağın böyük olduğunu göstərir:

"Bu həm də o deməkdir ki, Azərbaycan xarici sərmayələr üçün əlverişli ölkə rolunu oynayır".

Süleyman
Xəbəri paylaş