Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib


Slovakiya Respublikasının Baş naziri Robert Fitso mayın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Newscenter.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Slovakiyanın Baş naziri Robert Fitsonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Xəbəri paylaş