Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlahiyyat İnstitututunun fəaliyyəti ilə bağlı ümumi iclas keçirilib



Newscenter.az.3.12.2018. Azərbaycan İlahiyyat İnstitutu(Aİİ) cari tədris ilində noyabr ayının nəticələrinə həsr olunmuş növbəti iclasını keçirib. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, institut rəhbərliyi və əməkdaşlarının iştirak etdiyi tədbirdətəhsil müəssisəsinin ümumi fəaliyyəti və gələcək perspektivlərimüzakirə olunub.

Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrılır. Rektor vurğulayıb ki,milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkə Prezidentinin Sərəncamı ilə Aİİ-nin təsis edilməsinin bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu nəzərə çatdıran İnstitut rəhbəri bu ali təhsil müəssisəsinin dövlətin xüsusi diqqət və qayğısı ilə tam əhatə olunduğunu bildirib.

Aİİ-nin məqsəd və hədəflərindən danışan C.Məmmədov qeyd edib ki, fəaliyyətə başladığı qısa dövr ərzində İnstitutilk tədris il üçün tələb olunan vacibməsələlər– strukturun təşkili, müəllim və işçi heyətinin formalaşdırılması ilə bağlı bütün işləri müəffəqiyyətlə həyata keçirib. Rektor İnstitutun sənədlər toplusunun, kataloq, qəzet və jurnallarının hazırlandığını qeyd edərək, yaxın zamanlarda onların nəşr olunacağını diqqətə çatdırıb.

Aİİ-nin rəhbəri bildirib ki, qarşıda dayanan əsas hədəflərdən biri zəngin dünyagörüşə, yüksək mədəniyyətə, dərin dini və dünyəvi biliyə malik vətənpərvər mütəxəssislərin hazırlanmasıdır.
Xəbəri paylaş