Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yolların qardan-buzdan təmizlənməsi üçün tədbirlər planı hazırlanıb



Newscenter.az.3.12.2018. Bakı şəhərinin yollarında enişli-yoxuşlu və sərt döngələrə malik 30 marşrut üzrə qardan-buzdan təmizlənməsi üçün tədbirlər planları təsdiq edilib, Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə fəaliyyət barədə razılıq əldə olunub. Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, Dövlət Agentliyinin balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, həmçinin tabelikdə olan Məhdud Məsuliyyətli Cəmiyyətlərin istehsalat bazalarının və idarə binalarının 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması məqsədilə Agentlik tərəfindən 2018-ci il 14 sentyabr tarixli 74 nömrəli əmr imzalanıb.

Həmin əmrlə 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq, payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mərkəzi aparatında və respubikanın avtomobil yollarına, həmçinin Bakı şəhər yollarına və yol qurğularına xidmət edən idarə və müəssisələrdə qərargah yaradılmış və sutkalıq növbətçilik təşkil edilib.

Məhdud Məsuliyyətli Cəmiyyətlərin xidmət etdikləri avtomobil yollarının 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və 2018-2019-cu illərin payız-qış mövsümündə Bakı şəhərinin yollarında enişli-yoxuşlu və sərt döngələrə malik 30 marşrut üzrə qardan-buzdan təmizlənməsi üçün tədbirlər planları təsdiq edilib, Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə fəaliyyət barədə razılıq əldə olunub. Həmin razılığa əsasən Böyük Şor qovşağı, 20 Yanvar dairəsi, Bayraq meydanından başlayaraq bütün şəhər ətrafı yollar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, şəhər daxili avtomobil yolları isə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qardan-buzdan təmizlənəcək.
Anar
Xəbəri paylaş