Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Rusiya rabitə operatorlarının görüşü keçirilib



Newscenter.az.4.12.2018. Rabitə operatorlarının rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilib. Newscenter.az xəbər verir ki, görüşə Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə və Rusiya Federasiyasının Rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müşaviri Mixayıl Mamonov başçılıq edib.

Tədbirdə Azərbaycan və Rusiya tərəfindən mobil rabitə və telekommunikasiya şirkətlərinin rəhbərləri, eləcə də səlahiyyətli şəxsləri iştirak edib.

Görüşdə mobil rabitə, telekommunikasiya və poçt sahəsində Azərbaycan-Rusiya arasında səmərəli əməkdaşlıq məsələləri müzakirə olunub. Mobil rabitənin keyfiyyətinə nəzarət, beynəlxalq rouminq tariflərinin aşağı salınması, hər iki ölkənin mobil operatorlarının birgə koordinasiyalı fəaliyyəti və bu sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə bir daha Rusiyaya məxsus mobil operatorların Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətinin qarşısının alınmasının vacibliyi vurğulanıb.
Eyni zamanda, Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin tam həcmdə, yüksək keyfiyyətli birbaşa kanallarla ötürülməsi qeyd edilib.

Poçt sahəsində elektron ticarət mübadiləsinin genişləndirilməsi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində də danışıqlar davam etdirilib. Mobil rabitə şəbəkələrində beynəlxalq telefon trafikinin qanunsuz istifadəsinin qarşısını almaq üçün “SİM-box” qurğuları ilə birgə mübarizə məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş