Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AzTU-nun nümayəndələri Türkiyə Havaçılıq və Kosmik Sənaye Şirkətində olublar



Newscenter.az.4.12.2018. Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazovun rəhbərliyi ilə AzTU-nun bir qrup əməkdaşı Türkiyənin Havaçılıq vəKosmik Sənaye Şirkətinin (TUSAŞ) dəvəti ilə Ankara şəhərində ezamiyyətdə olublar. Təhsil ocağından Newscenter.az-a bildirilib ki, AzTU ilə TUSAŞ arasında əldə edilənikitərəfli anlaşmaya uyğun olaraq həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti Şirkətin müəssisələri ilə yaxından tanış olub və TUSAŞ-ın əməkdaşları üçün elmi məruzələrlə çıxışlar ediblər.

Nümayəndə heyyəti ilə TUSAŞ rəhbərliyi arasında keçirilən müzakirə zamanı bir sıra istiqamətlərdə əməkdaşlıqla bağlı razılıq əldə olunub. Razılığa əsasən AzTU əməkdaşlarının TUSAŞ-ın istehsalat sahələrində təcrübəkeçmə imkanı, bakavriat, magistrant və doktorantların işə cəlbolunma və təcrübəkeçməsi, bir sıra istiqamətlərdə qısamüddətli elmi-texniki seminarların təşkil edilməsiqərara alınıb. Həmçinin birgə elmi-texniki ədəbiyyatların hazırlanması üçün də razılaşma əldə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Ankarada yerləşən Qazi Universitetinin Mühəndislik fakültəsi,universitetin laboratoriyaları və ERASMUS ofisi ilə də tanış olub.Qazi Universitetində keçirilən müzakirələr zamanıgələcəkdə beynəlxalq proqramlarda birgə iştirak etmək üçün razılaşma əldə edilib.
Xəbəri paylaş