Newscenter.az.10.12.2018. 2018-ci ilin noyabr ayında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 137 müraciət daxil olub.
Newscenter.az-a Energetika Nazirliyindən daxil olan məlumata görə, bunlardan 130 müraciətin icrası təmin edilib,7 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra olunmayıb.
2018-ci ilin noyabrayı üzrə Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 1788,4 kVt güc sifariş edilib və 397207,56 AZN qoşulma haqqı ödənilib.
Bütün müraciətlər 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN Xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar vasitəsilə qəbul edilib və icra olunub.
Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinə may-noyabr aylarıərzindəsahibkarlar tərəfindən “ASAN Xidmət” və “ASAN Kommunal” MərkəzlərindəkiTexniki Şuralar vasitəsilə1046 müraciət daxil olub.Ümumilikdə isə 2018-ci ilin 11 ayı üzrə Texniki Şuralarda 1919 müraciətə baxılıb.