Newscenter.az.13.12.2018. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar, Misirin beş milyon əhalisi olan Qəlyubiyyə əyalətinin Qanatir şəhərində yerləşən Misir-Azərbaycan Dostluq parkına gələn AR-ın Misirdəki səfirliyinin əməkdaşları, “Vətənpərvər”-Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, burada yaşayan, işləyən, təhsil alan azərbaycanlılar, Qanatir şəhərinin meri və nümayəndələri, KİV nümayəndələri, əvvəlcə sözügedən parkda yerləşən mədəniyyət və təhsil ocağını ziyarət etmiş, orada qurulan Azərbaycan və Ulu öndər Heydər Əliyevin güşələri ilə tanış olublar.
Newscenter.az xəbər verir ki, “Vətənpərvər”-Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri Seymur Nəsirovun Avrasiya.net- bildiridyinə görə, bundan başqa, tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Misir Dostluq parkında ucaldılmış heykəlini ziyarət etmiş və heykəlin önünə əklik qoyaraq, Ulu öndərin xatirəsini hörmət və ehtiramla anıblar.
Ümummilli liderin Azərbaycan tarixində əvəzsiz roluna toxunularaq, məhz onun səmərəli fəaliyyəti nəticəsində ölkəmizin qısa müddət ərzində regionun aparıcı və ən güclü dövlətinə çevrildiyi diqqətə çatdırılıb.
Həmçinin, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanaraq, əlaqələrin daha da inkişafı üçün səylərin davam etdirildiyi bildirilib.
Diaspora sədri tədqiqatçı-alim Seymur Nəsirov Misirlə Azərrbaycan arasında tarixi əlaqələrindən də söhbət açıb.
Vaqif