Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİİ-də Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş konfrans keçirilib

Aİİ-də Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş konfrans keçirilib


Newscenter.az.17.12.2018. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Beynəlxalq Ərəb Dili Gününə həsr olunmuş “Azərbaycanda ərəb dilinin tədrisi sahəsində mövcud vəziyyət və perspektivlər” mövzusunda konfrans keçirilib. Təhsil ocağından Newscenter.az-a daxil olan məlumata görə, tədbirdə Azərbaycanın ali təhsil müəssisələrində ərəb dilinin tədrisi ilə bağlı mövcud vəziyyət və perspektivlər müzakirə olunub.

Aİİ-nin rektoru Ceyhun Məmmədov qonaqları salamlayaraq, ölkəmizdə mövcud olan yüksək dini-mənəvi mühitdən danışıb. O,ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindənuğurla, ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinmüsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan rektor, ötən ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunduğunu, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyini bildirib. C.Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun yaranma səbəbi, fəaliyyət istiqamətləri, məqsəd və vəzifələri, hədəfləri haqqında məlumat verib.

Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfiri cənab Nasir Əbdül Kərim ərəb dilinin zənginliyi haqqında məlumat verib. O bildirib ki, ərəb dili canlı dillər içərisində ən uzunömürlü, ardıcıl olaraq 15 əsr ərzində davamlı şəkildə işləkliyini qoruyub-saxlamışdır.Hazırdabu dili öyrənən şəxs müasir ərəb dilindən istifadə edərək,islamdanəvvəlki dövrə aid olan mətnləri oxuya bilər. İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin direktoru cənab Əsgər Farsi ərəb dilinin məziyyətlərindən danışaraq, müsəlman ölkələri arasında vaxtilə iqtisadi-mədəni körpü yaradan bu dilin vahid İslam mədəniyyətinin təşəkkülündəki rolu haqqında məruzə edib.
Xəbəri paylaş