Newscenter.az.17.12.2018. Dekabrın 20-də Şamaxı şəhəri Heydər Əliyev Mərkəzində Şamaxı, Ağsu, Göyçay, Kürdəmir və İsmayıllı rayonlarından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutuna işləmək üçün müraciət edən iddiaçılarla Agentliyin rəhbərliyi görüş keçirəcək.
Bu barədə məlumat Newscenter.az-a Agentlikdən daxil olub. Bildirilib ki, hüquqşunaslıq, iqtisadiyyat, əmtəəşünaslıq, qida mühəndisi, genetika və s.ixtisaslar üzrə ali təhsili olan vətəndaşlar Azərbaycan dilində tərtib olunmuş öz şəxsi işləri (şəkilli) ilə müraciət edə bilərlər.
Orxan