Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ASK-nin növbəti qurultayı keçiriləcək

ASK-nin növbəti qurultayı keçiriləcək


Newscenter.az.17.12.2018. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Nizamnaməsinə uyğun olaraq hər 4 ildən bir onun üzvlərinin ümumi yığıncağı – Qurultayı keçirilir.

Konfederasiyadan Newscenter.az-a bildirilib ki, qurultay ASK-nın ali idarəetmə orqanıdır. ASK-nın növbəti - V Qurultayı dekabrın 19-da “Fairmont Baku” hotelində keçiriləcək. Tədbirdə Konfederasiyanın rəhbər orqanlarının hesabatı dinləniləcək, idarəetmə orqanları formalaşdırılacaq, eləcə də, təşkilatın fəaliyyətinin əsas istiqamətləri təyin olunacaq və məqsədləri müəyyən ediləcək.
Xəbəri paylaş