Newscenter.az.18.12.2018. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə maaşları həcmində pul mükafatları verilib.
Təhsil ocağından Newscenter.az-a bildirilib ki, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova imzaladığı əmrə əsasən, universitetin bütün əməkdaşlarına onların maddi rifah halının yaxşılaşdırılması üçün maddi yardım edilib.
Məlumat üçün qeyd edək ki, AzMİU-nun rektoru işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün hər il Yeni il öncəsi və Novruz bayramı ərəfəsində universitetin professor-müəllim heyətindən tutmuş xidmətedici heyətdə çalışan bütün əməkdaşlarına kimi maddi yardımlar olunması üçün əmr imzalayır.